18 May 2018 16:36
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadigar Sadıqov Müsavat Partiyası başqanının müavini vəzifəsindən istefa verib.

“Report”un əldə etdiyi məlumata görə, o, bununla bağlı ərizə yazıb.

Y.Sadıqov deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılıqlarının olmasıdır: “Bunlar partiyadaxili məsələlərdir”.

O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com