5 Aprel 2016 12:45

Rusiyanın "Lifenews" telekanalının əməkdaşları Azərbaycandan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, rus jurnalistləri respublika ərazisində akkreditasiyasız fəaliyyət göstərirmiş. Bundan başqa, informasiyanı təhrif edərək ictimaiyyətə qeyri-obyektiv şəkildə çatdırırlarmış.


Hikmət Haciyev qeyd edib ki, Azərbaycanın "Lifenews" saytının əməkdaşlarına qarşı xeyirxah niyyətlərinə baxmayaraq, onlar öz fitnəkar fəaliyyətindən əl çəkməyib.


Müəllif:
Загрузка...