6 May 2016 14:53
211

2016-cı ilin 1-cü rübündə Azərbaycan Prezidentinin sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilən 147 əcnəbi və vətəndaşlığı olmayan şəxsin 117-si vətəndaşlığı olmayan şəxsdir.

Rüb ərzində Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilən şəxslərin sayı isə 5 nəfər olub.

Bu barədə Teleqraf.com-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilib.

Məlumatda bildirilib ki, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciətlərin sayı bu ilin üç ayında 10 mindən çoxdur, onlardan da 9262 nəfər Azərbaycan Respublikasının vətəndaşı sayılıb.

İlhamə ƏBÜLFƏT


Müəllif: