8 May 2016 15:48
494

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qazanılan qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi, o cümlədən Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini, həmçinin Gürcüstan və Ukrayna xalqlarını təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.

Rusiya prezidentinin təbrik məktublarında qeyd olunur ki, Qələbə günü müqəddəs bayramdır və o, qanlı döyüşlərdə torpaqlarını qoruyan və dünyanı faşizmdən xilas edən xalqların əbədi qəhrəmanlıq və birlik rəmzi olaraq qalacaq.


Müəllif: