11 May 2016 09:49
177

Azərbaycanda Meşə Məcəlləsinə meşə fondu sahələrinin zəbt edilməsi ilə bağlı dəyişiklik edilir.

Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, Meşə Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Məcəllənin hazırkı variantına görə isə, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə yalnız cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər deyil, həm də inzibati məsuliyyətə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Dəyişikliyin məqsədi Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsi ilə uyğunlaşdırmaqdır. İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbirləri müəyyən edilib.


Müəllif: