1 İyul 2016 14:28
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya xarici işlər nazirlərinin Qara Dəniz Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirdikləri görüş başa çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıqlar zamanı nazirlər iki ölkə liderinin görüşü və regional məsələləri müzakirə ediblər.

Bununla bağlı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırdır.

Sammit sentyabrda Çində keçiriləcək.

Saat 13:33

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirməyə başlayıb.

Tərəflər arasında görüş 40 dəqiqə davam edəcək.

S.Lavrov bildirib ki, M.Çavuşoğlu ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

Samir


Müəllif: