8 İyul 2016 17:49
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə jurnalist Xədicə İsmayılın yazdığı status yenə də müsavatçıların narazılığına səbəb olub. Bəzi Müsavat funksionerləri bu statusa reaksiya da veriblər.

Teleqraf.com xəbər verir ki, jurnalist statusunda yazıb ki, “dünən UNESCO-nun baş katibini tənqid eləyib, amma baş katib dönüb ona deməyib ki, sizə mükafat, dəstək vermişdik, budurmu cavabın?”.

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqov isə Xədicə İsmayıla ehtiyatlı olmağı tövsiyə edib: “2013-cü ildə ABŞ səfirliyini tənqid etmişdiniz. Bildiyim qədər 2014-də ABŞ-ın Müstəqillik günü tədbirinə sizi dəvət etməmişdilər”.

Xədicə İsmayıl isə Müsavat funksionerinin kinayəli şərhinə cavabında yazıb ki, onun o tədbirlərə qatılıb- qatılmamağımdan uzağa gedən nəticələr çıxarmaq düzgün deyil: “Çünki hərdən tədbirin sponsorluğu ilə bağlı problemim çıxa bilər. Sponsorluq elədiyi üçün kraliçanın ad gününə getmədim. Dəvəti göndərən tərəfə isə hər zaman gəlməməyimin səbəbini bildirirəm”.

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynova isə jurnalistə “YUNESKO-nun tənqid mövzusu nə idi” sualını ünvanlayərkən yenidən müzakirələrə qoşulan Yadigar Sadıqov jurnalistin diqqətinə çatdırıb ki, Müsavata etdikləri əsla tənqid deyildi. Sevinc Hüseynova isə Y. Sadıqova söyləyib ki, bunu jurnalistin özü də bilir.

Xatırladaq ki, Xədicə İsmayıl son müsahibələrinin birində Müsavat Partiyasını kəskin tənqid edib, bu partiyanın getdiyi müxalifətçilik yoldan sapdığını bildirib. O qeyd edib ki, “Yeni Müsavat” qəzetinin Müsavat Partiyasının siyasi kursuna ciddi təsiri var. Bu fikirlər isə Müsavat Partiyası üzvlərinin ciddi narazılığına səbəb olub, onlar təhqir olunduqlarını bildirərək jurnalistə cavab yazıblar, hətta münasibətlərdə yaranan gərginlik sosial şəbəkələrdə günlərlə müzakirə mövzusuna çevrilib.

Cavad


Müəllif: