9 İyul 2016 17:49

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib:

"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir".

Kommunikeni alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.

Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.


Müəllif:
Загрузка...