27 İyul 2016 12:14

Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyi (XİN) RF-nin Azərbaycandakı səfirliyininin konsulluğundan Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun saxlanılması ilə bağlı informasiya gözləyir.

Bu barədə RF XİN-in nümayəndəsi Mariya Zaxarova Feysbuk sosial şəbəkəsində yazıb.

Daha əvvəl məlum olmuşdu ki, iyunun əvvəlində Azərbaycanda Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə - iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb.

Saxlanılanın bacısı Mariana Mirzoyanın (Qalustyan) sözlərinə görə, M.Ueldanov artıq bir neçə dəfə Azərbaycanda olub və onun ölkəyə girişi ilə bağlı heç bir problemi olmayıb. (“Trend”)


Müəllif:
Загрузка...