19 Aprel 2017 23:42
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir komandirlərin məruzələrini dinlədi

Təlimlər zamanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Teleqraf.com Mudafiə Nazirliyinə istinadən xəbər verir ki, qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

Müdafiə naziri təlimlərdə


Müəllif: Teleqraf.com