21 May 2017 23:52
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolu bağlanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görülüb və nəqliyyatın hərəkəti bərpa edilib. Əməliyyat saat 18:42-də başa çatıb.


Müəllif: Teleqraf.com