24 May 2017 15:29
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin paytaxtı Londonda yerləşən Bukingem sarayının qarşısında əli bıçaqlı şəxs saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bıçaqlı şəxs kraliça II Yelizavetanın Bukingem sarayına gəlməyinə 30 saniyə qalmış yaxalanıb.

Araşdırmalar zamanı onun terrorçuluqla əlaqələri aşkarlanmayıb. Hazırda polis şəxsin hansı səbəbdən bıçaqla saray çevrəsində dolandığını araşdırır.

Qeyd edək ki, dünən baş verən və 22 nəfərin ölümünə səbəb olan Mançester terrorundan sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.


Müəllif: Samir