17 İyul 2017 20:28
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Teleqraf.com FHN-in saytına istinadən verdiyi məlumata görə, xidmətin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com