12 Sentyabr 09:23
118

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumat görə, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 kvadrat metr olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kvadrat metr sahədə, ümumi sahəsi 70 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 kvadrat metr sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kvadrat metr sahədə və ümumi sahəsi 70 kvadrat metr digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kvadrat metr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Şəfiqə Nazimqızı