20 Oktyabr 2017 12:04
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada əmək məcəlləsinə edilən dəyişikliklər etirazlara səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müxtəlif şəhərlərdə ümumilikdə 40 mindən çox insan aksiyalara başlayıb.

Təkcə Parisdə 5500 etirazçı hökumət binasının qarşısına toplaşıb.

Mitinq iştirakçıları binaya tüstü bombası atıblar. Bəzi şəxslər hökumət binasının divarlarına tələblərini yazıblar.

Etiraz aksiyaları ölkədə bəzi xidmətləri iflic edib.


Müəllif: Samir