20 Oktyabr 2017 16:49
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin və Ankara arasındakı əlaqələrdə yaşanan siyasi gərginlik Almaniyadakı türk dili dərslərinə təsir edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Berlindəki 17 məktəbdə türk dili dərsi ləğv edilib.

Berlin bələdiyyəsi buna səbəb kimi dərs deyilən binaların kirayə haqlarının ödənməməsini göstərib.

Məsələ ilə bağlı 17 məktəbdə təhsil alan 571 tələbə Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydına və Berlin əyalətinin rəhbəri Mişel Müllerə məktub gösdərib. Onlar məktublarında Berlindəki 140 məktəbdə pulsuz konsulluq dərslərinin davam etdirilməsi üçün dəstək istəyiblər.


Müəllif: Samir