1 Noyabr 12:24
822

Türkiyənin İstanbul şəhərinin Şilə sahillərində yük gəmisi radarlardan itib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı gəmidə 10 nəfər olub.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

***

Türkiyədə batan gəminin “Bilal Bal” şirkətinə məxsus olduğu müəyyənləşib.

Bildirilib ki, 78,5 metr uzunluğunda gəmi Rorda portundan Qara dəniz Ereğli limanına dəmir tozu aparmaq üçün yola çıxıb.

Sonuncu dəfə gəmidən yerli vaxtla 04:00-da məlumat gəlib. Daha sonra isə gəmi radardan itib.

Son məlumatlara görə, gəmidə 13 heyət üzvü olub. Aparılan axtarış işləri zamanı 4 nəfərin cəsədi aşkar edilib.


Müəllif: Samir