12 May 2018 11:03
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyəti Daxili İşlər Nazirliyi 175 nəfəri vətəndaşlıq hüququndan mərhum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ayşəgül Baybars məlumat verib.

Nazir deyib ki, məqsəd kiməsə problem yaratmaq yox, hüquqi dövlət yolunda qanunların əmr etdiyi düzəni qurmaqdır.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları 1200 insanın dosyesini araşdırıb, qanunsuz olaraq 175 nəfərə verilən vətəndaşlıq hüququ ləğv edilib.

Qeyd edək ki, vətəndaşlığı ləğv edilən şəxslər arasında tanınmış məşqçi Giray Bulak da var.


Müəllif: Cavad