5 İyun 2014 12:56

Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük məsələsi Ermənistanın hakim elitasında əməlli-başlı çaxnaşma yaradıb.

Dünən ölkənin eks-prezidenti Robert Köçəryanın hazırkı dövlət başçısı Serj Sərkisyan əleyhinə çıxış etməsindən sonra bu gün iqtisadiyyat nazirinin birinci müavini, Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsini koordinasiya edən Karine Minasyanın istefa verdiyi açıqlanıb.

Teleqraf.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, buna baxmayaraq iqtisadiyyat naziri Karen Çşmarityan jurnalistləri inandırmağa çalışıb ki, K.Minasyanın istefası onun fəaliyyəti ilə bağlı deyil. O qeyd edib ki, müavini öz istəyi ilə istefa verib.

K.Çşmartiyan eks-müavini ilə köhnə dost olduğunu deməyi də unutmayıb. Buna baxmayaraq nazir K.Minasyanın bundan sonra harada işləyəcəyi barədə sualı cavablandırmaqda çətinlik çəkib: “Ancaq onun işsiz qalmayacağı dəqiqdir”.

Səxavət


Müəllif: