12 İyun 2014 10:09

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-23-də Ermənistana rəsmi səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə "news.am" saytı Ermənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Ermənistan Prezidenti Serj Sarkisyan rusiyalı naziri qəbul edəcək, iki ölkənin XİN rəhbərləri arasında danışıqlar keçiriləcək.

Görüşlərdə RF Prezidentinin ötən ilin dekabrında səfəri zamanı əldə olunan müqavilələrin yerinə yetirilməsi prosesi, ölkələr arasında müttəfiqlik əlaqələri, hərbi əməkdaşlığın dərinləşməsi, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü prosesi müzakirə ediləcək.

Ticarət-iqtisadi, desentralizasiya edilmiş əməkdaşlığın genişləndirilməsi danışıqların gündəliyindədir.
Tərəflər ATƏT MQ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləməsinə yönəlmiş səyləri də müzakirə edəcəklər.

Fidan


Müəllif: