19 May 2016 15:57
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Məclisinin üzvü Çingiz All yeni təkliflə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Məclis üzvü təklifi barədə özünün feysbuk səhifəsində yazıb.

Çingiz All qeyd edib ki, Milli Şuranı tərk etdikdən sonra Müsavatla AXCP arasında yaranan qırıqlıq hələ də davam edir: “AXCP Müsavat Partiyasını Milli Şuradan çıxmaqda ittiham edir. Müsavat isə yumşaq formada qeyd edir ki, Milli Şura seçkilərə hesablanan blok layihəsi olub, seçkidən sonra özünün əhəmiyyətini itirib. Əslində, Müsavat Partiyası Milli Şuranı tərk etməklə sinxron olaraq AXCP-yə və digər müxalifət partiyalarına funksional əməkdaşlıq təklifini verib… Əməkdaşlığın ən uyğun və faydalı yolu funksional əməkdaşlıq formatıdır. Bunun sadə izahı odur ki, müəyyən məsələdə ikitərəfli və ya çoxtərəfli razılaşma varsa, bunun öhdəsindən birlikdə gələk. Yox, hər hansı bir təşkilat bunu lazımsız hesab edirsə, qatılmamaqda sərbəstdir. Yəni ittihamsız hər kəs öz yolu ilə gedir.

Aydındır ki, bu mərhələdə özünü müxalifətdə olduğunu elan edən hər bir partiyanın marağı var. Onda gəlin partiyaların maraqlı olduğu məsələlər ətrafında birlikdə hərəkət edəcəyimizlə bağlı əməkdaşlıq çərçivəsi quraq, bunu yerinə yetirdikdən sonra hər kəs sərbəst öz qərarını versin”.

Müsavat nümayəndəsi daha sonra qeyd edib ki, qarşıdan 28 may Respublika Günü gəlir: “İlk addım olaraq bizə nə mane olur ki, Novxanıda keçirəcəyimiz bayram tədbirində birlikdə olmayaq. Təklif edirəm ki, əsasən AXCP və Müsavat Partiyasının rəhbərliyi bu barədə ciddi düşünsün və yaxınlaşma istiqamətində doğru addımlar atsın. Bu tədbiri birlikdə keçirə bilsək, bizi istəməyənlərə cavab vermiş olarıq”.

Cavad


Müəllif: