24 May 2016 00:30
367

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıya gəlib.

Virtualaz.org bildirir ki, bu barədə xəbəri özünün İnstagram səhifəsində Çeçenistan Respublikasının səhiyyə naziri Elxan Süleymanov verib.

Elxan Süleymanov yazır ki, hava limanında Ramiz Mehdiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini şəxsən qarşılayıb.

Azərbaycan Prezident Administrasiyası rəhbərinin Çeçenistana səfəri işçi xarakter daşıyır.


Müəllif: