21 İyul 2016 23:10

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək. Teleqraf.com xəbər verir ki, təmsilçimiz "Qəbələ" Bakıda MTK (Macarıstan) ilə qarşılaşacaq. MTK ilə qarşılaşma "Qəbələ"nin tarixində 20-ci avrokubok oyunu olacaq. İlk oyunda səfərdə rəqibini 2:1 hesabıyla məğlub edən Roman Qriqorçukun yetirmələrinin mərhələ adlamaq şansı yetərincə yüksəkdir. "Qəbələ" MTK səddini aşacağı halda, növbəti mərhələdə Fransanın "Lill" klubu ilə üz-üzə gələcək. Avropa Liqası. 2-ci təsnifat mərhələsi, cavab oyunu 21 iyul 21:00 Qəbələ (Azərbaycan) - MTK (Macarıstan) 2:0 Zenyov, 7. Uiks, 37. Baş hakim: Mete Kalkavan Köməkçi hakimlər: Ceyhun Sesigözel, Esat Sancaktar Dördüncü hakim: Serkan Çinar (hamısı Türkiyə) Bakı. 8-ci km qəsəbə stadionu İlk oyun - 2:1
Müəllif:
Загрузка...