1 İyul 2014 00:09
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay yığmasının hücumçusu Luis Suares italiyalı Corco Kellinini dişləməsinə görə ondan üzr istəyib.

ANS PRESS-in məlumatına görə, doqquz oyun və 4 ay futboldan diskvalifikasiya edilmiş 27 yaşlı futbolçu hərəkətinə görə peşman olub.

"Mən baş verən hadisəyə görə heyfslənirəm ki, belə oldu. Mən Corco Kellinini və bütün futbol ailəsindən üzr istəyirəm. Mən and içirəm ki, bir daha heç vaxt belə hadisələr olmayacaq", - deyə Suares bildirib.

Qeyd edək ki, 27 yaşlı futbolçu dünya kubokunun matçı zamanı İtaliya yığmasının müdafiəçisini dişlədiyinə görə dörd ay futboldan kənarlaşdırılmaqla yanaşı bir çox sponsor müqavilələrindən də məhrum olub.


Müəllif: