6 İyul 2014 21:51
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2014-ün yarımfinal görüşündə Almaniya ilə qarşılaşacaq Braziliya millisi oyuna ciddi itkilərlə çıxacaq.

Kolumbiya ilə oyunda onurğa sümüyündən ciddi zədə alan Neymar mundialla erkən vidalaşıb. Komandanın kapitanı Tiaqo Silva isə sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Almaniya millisinin kapitanı Filip Lam “Bild” qəzetinə açıqlamasında rəqib oyunçularının halına acıdığını və yarımfinal oyununda Neymar və Lam kimi futbolçulara qarşı oynamaq istədiklərini bildirib:

“Bu futbolçularn bizə qarşı oynaya bilməyəcəyinə üzülürəm. Zədə səbəbindən öz ölkəndə təşkil olunan dünya eçmpionatında oynaya bilməmək çox təsirlidir. Neymarlı Braziliyaya qarşı mübarizə aparmaq istərdik. Ancaq yenə də rəqibimiz geniş heyətəmalik olan kollektivə malikdir. Bizi çətin oyun gözləyir.

Qeyd edək ki, Braziliya – Aımaniya oyunu iyulun 8-də keçiriləcək./qola.az/


Müəllif: