30 Aprel 2017 19:28
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub.

Qol.az-ın xəbərinə görə, Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.

11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmda isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.


Müəllif: