19 İyun 2017 01:12
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brazilya A seriyasında bu gün keçirilən “Koritiba” və “Korintias” komandalarının oyunundan öncə iki klub azarkeşləri arasında dava düşüb.

Teleqraf.com-un xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Korintias” azarkeşlərini stadiona gətirən avtobus yanlışlıqla rəqib komanda tərəfdə dayanıb. Bundan qəzəblənən “Koritiba” azarkeşləri avtobusu daşa basıblar.

Qeyd edək ki, bir nəfərin ağır yaralanmasına səbəb olan hadisə polisin müdaxiləsi ilə sona çatıb.


Müəllif: Teleqraf.com