21 İyul 2014 19:40
400

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "İnter"in qonağı olacaq "Elfsborq" klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı müdafiəçisi Yon Yönsson zədə səbəbindən cavab matçında iştirak etməyəcək.

"Elfsborq"un fizioterapevti Susan Malbi futbolçunun dabanında ağrılar olduğunu və bu səbəbdən İsveçdə qalacağını bildirib.

Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu iyulun 24-də Bakıda, saat 21:00-da başlayacaq. Bu komandalar arasında İsveçdə baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qalib gəlmişdi./qol.az/


Müəllif: