13 Avqust 08:17
235

Slovakiya çempionatının dördüncü turunda millimizin hücumçusu Ramil Şaydayevin çıxış etdiyi “Jilina” öz meydanında “Senitsa”nı qəbul edib.

Gənc hücumçunun adı matçın protokoluna daxil edilməyib.

Şeydayevin yoxluğunda “Jilina” rəqibini 7:1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan Ramilin komandası 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

\Qol.az\


Müəllif: Teleqraf.com