22 Noyabr 2017 16:25
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda baş tutacaq “Çelsi” ilə oyunqabağı azarkeşlərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, klub rəsmi Feysbuk və İnstaqram səhifələrində məlumat yayıb.
Məlumatda bildirilir ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə etmək lazımdı: “Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək gərəkdir. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq. Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 21:00 da başlayacaq.


Müəllif: Şəfiqə