23 Noyabr 2017 08:43
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Sözçü" qəzeti "Qarabağ"- "Çelsi" qarşılaşmasında birincinin azarkeşlərinin stadionda açdığı xoreoqrafiya haqda ətraflı məlumat verib.

Teleqraf.com xəbər verir ki, xoreoqrafiya üçün Fənəbaxça Dərnəyinin üzvləri Azərbaycana gediblər.

"Sabah" qəzetinin "Qarabağ" - "Atletko" qarşılaşması zamanı nümayiş etdirilən xoreoqrafiya haqda "əzik" ifadəsi işlətdiyini xatırladan nəşr buna görə yazının müəllifi Yazar Tezələ Azərbaycandan qınaqlar gəldiyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" tərəfdarları stadionda ingilis dilində “Evdən uzaqda, amma aid olduğu yerdə" ifadəsini nümayiş etdiriblər. Bu, diqqəti Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə yönəltmək məqsədi daşıyıb.

"Sözçü" yazır ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş də "Qarabağ"- "Çelsi" maçını izlmək üçün stadionda azarkeşlər arasında olub.

"1907 Üniverstəli Fənəbaxça Dərnəyi" (ÜNİFEB) xoreoqrafiya ilə bağlı açıqlama yayaraq bildirib ki, "Qarabağ" - "Atletko" qarşılaşmasında A4 formatlı kağızda açılan "QARABAĞ" şüarı ictimaiyyəti ciddi narahat edib. "Qarabağ"- "Çelsi" qarşılaşmasında daha keyfiyyətli xoreoqrafiyadan istifadə etmək üçün "Qarabağ" klubunun meneceri Asif Əsgərov "Fənərbaxça" klubu və "1907 ÜNİFEB"lə əlaqə saxlayıb. Dərnək bu məsələdə "Qarabağ"a hər cür dəstək verməyə hazır olduğunu bildirib. Dərnəyin üzvləri Emir Akkaya, Esat Coşkun, Berke Özboyacı, Nazmi Akça, Barış Sülün və Burak Hamzalı Bakiyə gələrək pankartların hazırlanmasında yaxından iştirak ediblər”.

Xatırladaq ki, “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. Bununla bağlı o, “Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb.

Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.


Müəllif: Teleqraf.com