14 Aprel 2014 17:03
392

İtaliya millisinin baş məşqçisi Çezare Prandelli dünya çempionatına yollanacaq heyətin ilkin siyahısını artıq hazırlayıb.

Teleqraf.com xəbər verir ki, aprelin 14-15-də Koverçanoda qısamüddətli təlim-məşq toplanışı keçirməyi planlaşdıran mütəxəssis məhz bundan sonra Braziliyaya aparacağı tam heyəti müəyyənləşdirmək niyyətindədi. İtaliya Futbol Federasiyası çağırılan futbolçuları iki qrupa bölüb və hər qrup bir gün sınaqdan keçiriləcək.

14 aprel: birinci qrup

Qapıçılar: Bardi (Livorno), Mirante (Parma), Perin (Cenoa);

Müdafiəçilər: Astori (Kalyari), Darmian (Torino), De Silvestri (Sampdoriya), Paletta (Parma), Paskual (Fiorentina), Ranokkya (İnter);

Yarımmüdafiəçilər: Akvilani (Fiorentina), Baselli (Atalanta), Bernardeski (Krotone), Bertolaççi (Cenoa), Bonaventura (Atalanta), Kandreva (Latsio), De Rossi, Florensi (hər ikisi «Roma»), Parolo (Parma), Romulo (Verona);

Hücumçular: Berardi, Zaza (hər ikisi «Sassuolo»), Kassano (Parma), Çerçi, İmmobile (hər ikisi «Torino»), Qabbyadini

(Sampdoriya), Cilardinyo (Cenoa), İnsinye (Napoli), Rossi (Fiorentina).

15 aprel: ikinci qrup

Qapıçılar: Buffon (Yuventus), Skuffet (Udineze);

Müdafiəçilər: Abate, De Şilyo (hər ikisi «Milan»), Bartsalyi, Bonuççi, Kyellini (hamısı «Yuventus»);

Yarımmüdafiəçilər: Markizio, Pirlo (hər ikisi «Yuventus»), Montolivo, Poli (hər ikisi «Milan»);

Hücumçular: Balotelli, Əl-Şaaravi (hər ikisi «Milan»), Osvaldo (Yuventus).

Qeyd edək ki, «Sassuolo»dan çağırılan Berardi və «Verona»da özünü göstərən Romulo debütantlardı. Antonio Kassano isə uzunmüddətli fasilədən sonra yenidən milli formaya qovuşa bilər.


Müəllif: