16 İyul 2015 16:32
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Neftçi"nin futbolçuları ilə bağlı qərarını verib.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib.

İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb.

Hər iki futbolçumuz 3 oyunluq diskvalifikasiya edilib.


Müəllif: