17 İyul 2015 12:16
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi uruqvaylı futbolçu Alsides Gica 89 yaşında vəfat edib.

Gica 1950-ci il dünya çempionatının finalında Braziliya yığmasının qapısına vurduğu qələbə topu ilə yadda qalıb.

Bu qol Uruqvay milli komandasını ikinci dəfə çempion edib. 2:1 hesabı ilə nəticələnən həmin oyun Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilib. Məhz o hadisənin 65-ci ildönümü günündə - iyulun 16-da Gica dünyasını dəyişib.

Qeyd edək ki, Alsides Gica karyerası ərzində "Penyarol", "Danubio, "Roma" və "Milan" klublarında oynayıb. O, Uruqvay millisində 12, İtaliya yığmasında 5 qarşılaşmada iştirak edib.

Report.az


Müəllif: