15 İyun 12:12

10:11

Dünya birjalarında neft ucuzlaşıb.

Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,28 dollar azalaraq 44,72 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,24 dollar azalaraq 47,07 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,25 dollar və yaxud 2,59% azalaraq, 47,06 dollar/barelə bərabər olub.


Müəllif: Teleqraf.com