12 Oktyabr 14:21

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan, Ermənistan və Belarusdan gələn mallar üzərində nəzarəti gücləndirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Buna səbəb bu ölkələrdən qadağan olunmuş malların Rusiya ərazisinə gətirilmə cəhdləri olub: “Bununla bağlı araşdırmalar aparılıb. Araşdırmaların nəticəsinə uyğun olaraq, müvafiq qərar qəbul olunub. Qadağan siyahısına tərkibi məlum olmayan tomatlar və digər məhsullar daxildir”.


Müəllif: Samir