20 Oktyabr 2017 15:40
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin dövlət büdcəsi bu illə müqayisədə 33 faiz artırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu il büdcə təxminən 12 milyard dollara yaxınlaşıb: "2018-ci ilin dövlət büdcəsi isə bu ilə nisbətən 33 faiz artacaq.

Ötən il 2017-ci ilin büdcəsini 9 milyard yarım dollar həcmində müəyyənləşdirdik. May ayında 10 milyard, indi isə 12 milyarda çatdırılıb".

Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan bu gün dünyaya öz brendini təqdim edir: "Ölkəmiz dünya birliyində böyük nüfuza malik olduğunu sübut edir".


Müəllif: İlhamə Əbülfət