17 Noyabr 2017 09:22
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaradan İraqa gedən nümayəndə heyəti Bağdadda kritik müzakirələr aparacaq.

Teleqraf.com xəbər verir ki, türk nümayəndə heyəti Bağdadda İraq dövlət neft şirkəti SOMO ilə müzakirələrdə Kərkük neftinin ixracı mövzusunu gündəmə gətirəcək.

İraq hökumətinin iqtisadiyyat naziri ötən həftə elan etmişdi ki, Kərkük neftinin satışı ilə bağlı İranla anlaşma əldə olunub. Anlaşmaya əsasən, hər gün İrana 30-60 min barel neft satılacaq.

İndi Türkiyə də hərəkətə keçib və Kərkük neftindən düşən payı almağı hədəfləyir.

Qeyd edək ki, bu ilin sentyabrında Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumu keçirib. Bundan sonra Bağdad hökuməti Türkiyə və İranın dəstəyi sayəsində özünün ərazi bütövlüyünə qarşı qəsdin qarşısını alıb.


Müəllif: Cavad