15 Fevral 2018 16:54
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası başa çatıb.

Teleqraf.com-un məlumatına görə, iclasın yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində görüş iştirakçıları “Birgə Bəyannamə” imzalayıblar.

Eyni zamanda, iclasın yekununda “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında niyyət məktubları imzalanıb.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.


Müəllif: İlhamə Əbülfət