22 Mart 2018 00:59
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il fevralın 1-dək olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,4 min nəfər olub, onlardan 881,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Teleqraf.com bildirilib ki, muzdla işləyənlərin 5,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışıb.

Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manat olub.


Müəllif: Teleqraf.com