10 May 2018 17:55
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı vəziyyətdə manatı ciddi təhlükə gözləmir.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

O qeyd edib ki, hazırda neftin dünya bazarlarında “oynayan qiyməti”nin manata təsir imkanları azdır:

“Büdcədə neftin qiymətləri sığortalı vəziyyətdə götürüldüyü üçün neft qiymətləri manatı elə də ciddi təhlükə gözləməyəcək. Əgər neftin qiyməti büdcədə götürülmüş minimumdan aşağı düşərsə, manatın yumşalmasına şərait yaradılacaq. Amma neftin 60-75 dollarlıq dəhlizi manata təhlükə yaratmır”.


Müəllif: Mənsur Rəğbətoğlu