24 Fevral 2015 00:57

Brent” markalı neftin qiyməti 60 dolları ötüb.

Teleqraf.com-un məlumatına görə, bunu alış-verişin nəticələri göstərib.

Bakı vaxtı ilə saat 22:52-yə olan məlumata görə, London birjasında “Brent” markalı neftin qiyməti 0,07% artıb və 60,30 dollara çatıb.

Nyu-York birjasında isə WTI markalı neft 3,17% ucuzlaşıb və bu markalı neftin bir barelinin qiyməti 49,20 dollara enib. /musavat.com/


Müəllif: