9 May 2016 17:58
168

Zəngilan rayonunun 32 saylı orta məktəbində gənc fəal Sevinc Əliyevanın təşkilatçılığı ilə Şuşa rayonunun işğal günü ilə bağlı tədbir keçirilib.

Şagirdlər vətənpərvərlik mövzusunda şerlər səsləndirib, mahnılar oxuyublar. İştirakçılar şəhidlərimizin qisasını alacağlarına söz verib, Qarabağın tezliklə azad ediləcəyinə inandıqlarını bildiriblər.

Müəllimlər çıxış edərək məktəblilərin vətənpərvər ruhda tərbiyə edilməsində bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.


Müəllif: