9 İyul 2016 16:01
1 129

"Mən polisə heç bir şikayət ərizəsi ilə müraciət etməmişəm".

Teleqraf.com-un məlumatına görə, bunu "anspress"ə açıqlamasında Azərbaycanın əməkdar artisti Mehriban Xanlarova deyib. Aktrisa intim şəkilləri ilə şantaj edilməsi barədə yayılan məlumatları təkizb edib.

O, yayılan informasiyanın həqiqətə uyğun olmadığını deyib, barəsində qeyri-dəqiq informasiya yazanları məhkəmə ilə hədələyib:

"Mənim daşım ağırdır. Heç bir şikayətim yoxdur. Yalan söhbətdir. O xəbəri yayan adamı polisə verəcəyəm. Onların nə ixtiyarı var ki, əllərində sübut olmadan, mənə zəng etmədən belə xəbər yazırlar? Bəzilərinə reytinq lazımdır. Yalandan xəbərlər yazırlar ki, saytları oxunsun".

Yerli mətbuatda yayılan məlumatda qeyd edilir ki, Mehriban Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib, bir nəfərin onu şantaj etdiyini bildirib.

İddiaya görə, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib. Həmin şəxsin Mehriban Xanlarovadan 500 manat pul tələb etdiyi bildirilir.


Müəllif: