14 İyul 2016 14:37

Azəri qızı Günel türk mətbuatına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Azəri qızı Günel şəxsi həyatından danışıb: “Qismətə, göz-nəzərə çox inanıram. Hər zaman da nəzərə gəlirəm. Yalnız olduğum vaxtlarda, kədərlənəndə, sevdikdə, nəyəsə üsyan etdikdə mahnı yazıram. Elə vaxt olub ki, mahnı yazanda hönkür-hönkür ağlamışam. Ən gözəl hiss göz yaşlarının kağıza düşməsidir. Mən duyğusal bir xanımam”.

Türkiyədə pizza restoranına sahib olan müğənni mətbəxi çox sevdiyini deyib: “Mətbəxi çox sevirəm, günümün çox hissəsi mətbəxdə keçir. Salat, souslar, makaron, toyuq və s. yeməklər hazırlayıram. Allaha şükür, hazırladığım yeməklərdən yeyənlər zəhərlənməyib (gülür)”.

Müğənni brilliant işinə başladığını da etiraf edib: “Azərbaycanda zinət əşyaları taxmağı çox sevirlər. Mən də çox istifadə edirdim. Hər kəs "Zinət əşyanı haradan almısan?" sualını verirdi. Ona görə də özüm bu işlə məşğul olmağa qərar verdim. “GNL Diamonds” adlı zərgərlik evi açdım”.

Rəqsanə


Müəllif:
Загрузка...