1 İyul 2014 12:50
1 694

Meryem Üzerli yeni dizi ilə geri dönür.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tanınmış aktrisa Məryəm Üzerli yenidən Tükiyəyə qayıdır.

Bir müddət öncə aktrisa “Mühtəşəm Yüzyıl” serialında oynayarkən, prodüserə belə xəbər vermədən Almaniyaya getmişdi. Aktrisa yorğunluq və depressiya səbəbindən müalicə alıb. O, çətin vəziyyətdə qoyduğu prodüser Timur Savcı ilə aralarındakı narazılığa son qoyduğunu və hətta birlikdə yeni serialda işləyəcəklərini bildirib.

Bir ildir uzaq qaldığı Turkiyə üçün darıxdığını dilə gətirən Məryəm Üzərli “Türkiyəni və Türk xalqını çox sevirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik” deyib.

Fevral ayında Lara adlı qızını dünyaya gətirən Üzərli İstanbula körpəsi ilə dönəcək.

Xalidə


Müəllif: