16 İyun 2017 16:35
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ATV-də yayımlanan "Maşın” realiti şounun qalmaqallı iştirakçısı kimi yadda qalan Pərvin Abıyeva Azərbaycanı tərk edib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə rəsmi İnstaqram hesabında məlumat verib və Heydər Əliyev adına Hava Limanında çəkdirdiyi fotonu paylaşıb.

Qeyd edək ki, aktrisa Pərvin Abıyeva "Maşın” şouda ifaçı Səidə Sultanla yaşadığı qalmaqalla bir neçə gün bütün ölkədə müzakirə obyektinə çevrilmişdi. Lakin proqramın final günündən bir gün əvvəl elə həmin studiyada Səidə Sultanla qucaqlaşaraq, barışmışdı.


Müəllif: Könül Əlibəyli