29 Yanvar 2018 13:45
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəm, övladlarım haqqında artıq-əskik söhbətlər eşitdim ki, guya mənim ərim qoca kişi olub, şeyx olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Qafqazinfo”ya geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, deyilənlər yalandır:

“Mənim gül kimi cavan həyat yoldaşım olub. Özü də ərəb yox, iranlıdır, soyadımdan bilinir. İranda çox tanınmış məmur övladı ilə ailə qurmuşam. Yalan danışırlar, sonra birdən fakt qoyursan, özləri də biabır olur.

Deyirlər ki, yoldaşlarının üçü də xarici olub. Yalandır. Kimsə demişdi ki, Nura əvvəllər 100 kilo olub, sonra əməliyyat eləyib. Mən ömrü boyu çəki azlığından əziyyət çəkən adam olmuşam. 46-48 kilo bir dəri, bir sümük olmuşam. Adıma nələr çıxarmışdılar... Az qalmışdı, narkoman belə desinlər. Bax, indi 5 kilo kökəlmişəm, sevinin. Bilmirəm, sevinərlər, ya paxıllıqları tutar…”


Müəllif: Sara