Türkiyəli aktyor Səlçuq Yöntəm özünə yeni mənzil alıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor dünyada məşhur olan dizayner Filip Starckın imzasını daşıyan layihədən mənzilə sahib olub.
Boğaz mənzərəli 212 kvadratmetrlik ev üçün sənətkar 2 milyon lirə (təxminən 800 min manat) ödəyib. Onun 1 ay ərzində yeni mənzilinə köçəcəyi bildirilir.