25 İyul 2015 16:19
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmli Azərbaycanda kliplərin yayımlanması üçün xüsusi TV-nin yaranmasını arzulayır.

Publika.az-a danışan sənətçi belə olan halda, müğənnilərin klip çəkdirmək həvəsinin getdikcə artacağını deyib:


“Türkiyədə və digər xarici ölkələrdə yalnız kliplərin nümayişi üçün TV-lər fəaliyyət göstərir. Məsələn, “Kral TV” çox məşhurdur. Bizdə də belə bir kanal fəaliyyət göstərsə, müğənnilər klip çəkdirməyə həvəslənər. Əvvəlki illərdə olduğu kimi çoxlu kliplər çəkdirərlər”.

Müğənni özünün də əvvəlki illərlə müqayisədə klip yaradıcılığına marağının azaldığını, buna baxmayaraq, ildə azı bir klip çəkdirdiyini etiaraf edib.


Müəllif: